Ana Sayfa > Qərbi Azərbaycan > Ev şəraitində müalicə olunan xəstələrin dərman vasitələrilə təmin olunmasına başlanıb
Ev şəraitində müalicə olunan xəstələrin dərman vasitələrilə təmin olunmasına başlanıb3-07-2020, 18:04. Yazar: sevinc1 |
Ev şəraitində müalicə olunan xəstələrin dərman vasitələrilə təmin edilməsinə başlanıb. Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib. Onun sözlərinə görə, hazırda COVİD -19-a yoluxan və ev şəraitində müalicə olunan xəstələrə dərman preparatları çatdırılır. Qeyd edək ki, COVİD-19-a yoluxan yüngül simptomlu xəstələr yaşayış yerlərini tərk etmədən ev şəraitində müalicə olunur. Həmin xəstələr ərazi poliklinikaları tərəfindən nəzarətə götürülür və mütəmadi müalicə olunur. aia.az Geri dön |