Ana Sayfa > Qərbi Azərbaycan / Aia TV / Karusel > Həkimlər əhaliyə xəbərdarlıq edir

Həkimlər əhaliyə xəbərdarlıq edir


10-03-2016, 11:06. Yazar: admin



Baharın gəlişi ilə əlaqədar allergik xəstəliklər, xüsusən dəri xəstəliklərinin sayı artıb. Hazırda fəslə uyğun, qidalanma ilə birbaşa bağlı olan allergik dermotitlər, xroniki ekzemalar və neyrodermit əlamətlərindən şikayət edənlərin sayı xüsusilə çoxdur.
Aia.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, dermatoloqlar həssas insanları diqqətli olmağa və qidalanmaya fikir verməyə çağırırlar. Allergiya və digər dəri xəstəliklərindən əziyyət çəkən şəxslər ədvalı və qıcıqlandırıcı yeməklərdən çəkinməlidirlər.

Dəri- zöhrəvi xəstəliklərin baş qaldırmasının əsas səbəblərindən biri də günəş şüalarının aktivləşməsi və bəzi allergik tozlu ağacların çiçəkləməsidir.

Azad İsmayılıov - dermatoloq: "Övrə deyilən bir xəstəlik var. Bu, hər hansı çiçəyin qoxusundan yaranır. Bədəndə ultikar səpkilər yaranır. Getdikcə bədən səthində yayılır. Qulaq böyüyür, dodaq şişir. Buna kliniki ödem deyilir. Mütləq həkimə müraciət etmək lazımdır. Allergik dərmanların qəbulu hökmən vacibdir".
Geri dön