Ana Sayfa > Ölkə > Həftə sonları elektrik qatarlarının hərəkəti dayandırılır
Həftə sonları elektrik qatarlarının hərəkəti dayandırılır3-07-2020, 16:48. Yazar: sevinc1 |
![]() Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-dək şənbə və bazar günləri Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarların hərəkəti dayandırılacaq. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsindən aia.az-a bildirilib ki, o cümlədən 4 və 5, 11 və 12, 18 və 19 iyul tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən qatarlar hərəkətdə olmayacaq. Digər günlərdə sərnişindaşıma hazırda qüvvədə olan qrafik üzrə həyata keçiriləcək. aia.az Geri dön |