Ana Sayfa > Karusel / Parlament > Bakıda maskalı şəxs bıçaqla mənzilə basqın etdi
Bakıda maskalı şəxs bıçaqla mənzilə basqın etdi3-07-2020, 10:57. Yazar: sevinc1 |
Bakıda mənzilə basqın olub. Trend-in məlumatına görə, iyulun 1-də Binəqədi rayonu ərazisində baş verib. Rayon sakini, 1977-ci il təvəllüdlü V. Kubryanov ərizə ilə polisə müraciət edərək səhər saatlarında naməlum şəxsin maskalı vəziyyətdə onun mənzilinə daxil olaraq, ona bıçaqla hədə-qorxu gəlib televizor və digər məişət əşyalarını quldurluq yolu ilə taladığını bildirib. Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci təvəllüdlü Mayis Abbasov saxlanıb. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |