Ana Sayfa > Siyasət > Pərviz Şahbazov:
Pərviz Şahbazov:2-07-2020, 16:42. Yazar: sevinc1 |
Azərbaycan öz öhdəliklərinə sadiqdir və neft bazarının stabilliyinin təmin olunmasında öz rolunu oynamaqda davam edəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov "Valday” klubu və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil olunan “Qlobal energetika və beynəlxalq siyasi risklər” beynəlxalq konfransında deyib. O bildirib ki, hazırkı fövqəladə vəziyyətdə istehsalçı ölkələrin missiyası OPEC+ formatının öhdəliklərin sabit və səmərəli icrası mexanizmi qismində fəaliyyətini təmin etməkdən ibarətdir: "Neft bazarında sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Ona görə də mən OPEC+ formatının genişləndirilməsinin vacib olduğunu hesab edirəm". P.Şahbazov hesab edir ki, neft hasilatının azaldılması ilə bağlı sazişin icrasının üç aylıq yekunu növbəti addımlar üçün əsas təşkil edəcək. O əlavə edib ki, Azərbaycan öz öhdəliklərinə sadiqdir və neft bazarının stabilliyinin təmin olunmasında öz rolunu oynamaqda davam edəcək. Enerji bazarındakı ümumi vəziyyətdən danışan nazir qeyd edib ki, COVID-19 dünya enerji sistemində dəyişikliklərə gətirib çıxaran əsas amillərdən biridir: "Qlobal enerji sistemi uzun müddət tamamilə fərqli, daha dayanıqlı, proqnozlaşdırıla bilən mühitdə inkişaf edib. Qiymət müharibəsi və pandemiya şəraitində dünya neftə tələbatın qeyri-real həddə çatdığı vəziyyətlə üzləşdi. Neft bazarı qeyri-müəyyən hal alır. Təklif və tələb balansının da nə zaman bərpa olunacağı barədə qeyri-müəyyənlik var. İlin ikinci yarısında azalan trendin ləngiməsi gözlənilir. Qeyri-müəyyənlik şəraitində tələbin bərpa olunmasını gözləyə bilmərik. Bəzi proqnozlara görə, bazarı stabilləşdirmək üçün azı iki il vaxt lazım olacaq". aia.az Geri dön |