Ana Sayfa > Karusel / Gündəm > CBC TV-nin əməkdaşları COVİD-19 testi verdi, 8 nəfərdə virus aşkarlandı
CBC TV-nin əməkdaşları COVİD-19 testi verdi, 8 nəfərdə virus aşkarlandı2-07-2020, 16:32. Yazar: sevinc1 |
![]() COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində CBC telekanalının baş direktoru Vüqar Xəlilovun təşəbbüsü ilə CBC TV-nin əməkdaşları planlı surətdə klinikaların birində koronavirusa dair test analizi veriblər. Şirkətin 200-dək əməkdaşı arasında yalnız 8 nəfərdə testin cavabı pozitiv olub. Trend-in məlumatına görə, bu barədə CBC TV-nin açıqlamasında bildirilib. Məlumatda qeyd edilib ki, həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər: "CBC TV rəhbərliyi həmin şəxslərin vəziyyətini daim nəzarətdə saxlayacaq. Şirkətin baş direktoru Vüqar Xəlilovun da analiz nəticəsi neqativdir və o, iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətini davam etdirir. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur. Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVİD-19-a qarşı test analizi verməsi planlaşdırılıb". aia.az Geri dön |