Ana Sayfa > Gündəm > İraq hökuməti humanitar yardıma görə Azərbaycan tərəfinə minnətdarlıq edib
İraq hökuməti humanitar yardıma görə Azərbaycan tərəfinə minnətdarlıq edib1-07-2020, 17:44. Yazar: sevinc1 |
![]() İraqın Xarici İşlər və Səhiyyə nazirlikləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün İraqa göndərdiyi tibbi yardıma görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıq edib. İraqın Azərbaycandakı səfirliyindən aia.az-a bildiriblər ki, Azərbaycan hökumətinin bu yardımı ölkələrimiz arasında qardaşlıq bağlarının dərinliyini ifadə edən bir addım kimi dəyərləndirilib. Xatırladaq ki, iyunun 30-da Azərbaycan hökumətinin 27 ton tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardımı Bağdada çatdırılıb. aia.az Geri dön |