Ana Sayfa > Karusel / Təhsil > Azərbaycanda tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? -

Azərbaycanda tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? -


1-07-2020, 15:50. Yazar: sevinc1
Azərbaycanda tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? -


Azərbaycanda tələbələrin bir ali məktəbdən digərinə və ya bir ixtisasdan digərinə köçürülməsi prosesi onlayn həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, köçürülmə prosesi onlayn olduğu üçün onun təxirə salınması nəzərdə tutulmayıb: “Bu proses iyul-avqust aylarında baş tutacaq. Köçürülmənin başlanılma müddəti ilə bağlı yaxın vaxtlarda məlumat veriləcək”.

Qeyd edək ki, tələbələrin köçürülməsi ildə iki dəfə - fevral və iyul aylarında həyata keçirilir.

aia.az
Geri dön