Ana Sayfa > Gündəm > Prezidentin köməkçisindən çarter reysləri ilə bağlı

Prezidentin köməkçisindən çarter reysləri ilə bağlı


30-06-2020, 18:22. Yazar: sevinc1
Prezidentin köməkçisindən çarter reysləri ilə bağlı


“Bakı-İstanbul-Bakı xətti üzrə çarter reysləri təşkil olunur”.

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, digər ölkələrlə bağlı çarter reyslərinə dair fikirlər də müzakirə edilir:

“Bu, tək Azərbaycandan asılı deyil. Çarter reyslərinin təşkil edilməsi məsələsində digər ölkələrdəki vəziyyət nəzərə alınmalıdır. Xüsusi qaydalar əsasında bu istiqamətdə müzakirələr davam etdirilir”.

aia.az
Geri dön