Ana Sayfa > Qərbi Azərbaycan > Koronavirusun müalicəsində yararsız olan dərmanın adı açıqlandı
Koronavirusun müalicəsində yararsız olan dərmanın adı açıqlandı30-06-2020, 13:31. Yazar: sevinc1 |
"Lopinavir plus ritonavir” antiretrovirus preparatının koronavirusun müalicəsi üçün yararsız olduğu aşkar edilib. TASS-ın məlumatına görə, bu barədə Britaniyada aparılmış RECOVERY klinik tədqiqatının nəticəsində məlum olub. Dərmanın COVID-19-a yoluxan və xəstəxanaya yerləşdirilən pasiyentlərə müsbət təsir göstərmədiyi vurğulanıb. Qeyd olunur ki, Britaniya xəstəxanalarında bununla bağlı araşdırma cari ilin mart ayından etibarən aparılır. Təqdiqatda 11,5 min pasiyent iştirak edir. Xəstələrə "lopinavir plus ritonavir” ilə yanaşı,"deksametazon” kortikosteroidi, "azitromisin” antibiotiki, "tocilizumab” immunodepressantı və malyariya əleyhinə "hidroksixloroxin” verilir. aia.az Geri dön |