Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Bu gün millət vəkili Fəzail Ağamalı seçiciləri ilə görüşlər keçirmişdir.

Bu gün millət vəkili Fəzail Ağamalı seçiciləri ilə görüşlər keçirmişdir.


9-03-2016, 21:40. Yazar: admin


F.Ağamalı növbəti dəfə Salyan rayonunun Qaraçala və Qarabağlı kəndlərində olmuş, Salyan-Şirvan magistral yolunun inşasını həyata keçirən şirkətin nümayəndələrilə görüşmüş, aparılacaq işin gedişi ətrafında onların məlumatını dinləmişdir. Verilən məlumata əsasən, Salyan-Şirvan magistral yolunun çəkilişinə cari ilin mart ayının 10-dan başlanılacaqdır.

Fəzail Ağamalı eyni zamanda Qaraçala və Qarabağlı kəndlərində seçicilərlə lokal görüşlər keçirmiş və onların qaldırdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Millət vəkili ölkə prezidentinin dövlətimizin inkişafı, vətəndaşlarımızın rifahı namınə apardığı siyasət barədə seçicilərə ətraflı məlumat vermişdir. Həmçinin, seçicilərin diqqətinə çatdırılmışdır ki, Salyan-Şirvan magistral yolunun çəkilişinin davam etdirilməsinə mart ayının 10-dan başlanılacaqdır. Bununla bağlı seçicilər məmnunluqlarını bildirmiş və millət vəkilindən kənd sakinlərinin təşəkkürlərini ölkə prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş etmişdirlər.

Ana Vətən Partiyasının Mətbuat Xidməti

09.03.2016



Geri dön