Ana Sayfa > Media / Aia TV / Karusel > İki sirli şəkil

İki sirli şəkil


9-03-2016, 21:37. Yazar: admin

Parisin Luvr muzeyində bir şəkil var idi. Şəkildə təsvir olunan iki balaca qızcığaz biri –birlərinə gül uzadırdılar. Nə muzeyə gələn tamaşaçılar, nə muzeyin işçiləri, nə də mütəxəssilər bu şəklin mənasını aça bilməmişdilər.

Bir gün balaca Lüsi atası ilə həmin muzeyə gəlir. Şəkilə bir xeyli baxan Lüsi atasına deyir.

-Ata, şəklə bax, 8 martdır. Bu qızlar isə biri-birinin bayramını təbrik edirlər.

Heç kəsin aça bilmədiyi şəklin sirrini balaca Lüsi açır.

Başqa bir şəkilin esgizlərini də biz verməyə çalışdıq.

Zərif raihə saçan gözəlliklərindən, biri-birilərinə özəl hədiyyə etdilər. Bənövşə Nərgizi , Nərgiz Qərənfili, Qərənfil-Zanbağı, Zanbaq Süsəni , Süsən Laləni , Lalə Yasəməni təbrik etdi. Zərif qoxuyan, al-əlvan çiçəklərdən bitkin bir harmoniya, əsrarəngiz gözəllik yarandı. Göz oxşayan, tər bahar çiçəklərindən bir çələng ərsəyə gəldi. Bu çələngə lazımi dəyəri vermək gərəkdi. Gül əllərdə çələngin gözəlliyi bir az da artdı. Qızlar, qaranlığı laylasıyla işığa bürüyən, ağ işıq, ağ ümüd, ağaran arzuların bələdçisi, sonsuz məhəbbət rəmzi olan Qızılgul ananın hüzuruna gəldilər. Qızlar böyük sevgi ilə çələngi ona uzatdılar.

Şirxanlı Rövşən
Geri dön