Ana Sayfa > Parlament > Prokurorluq Gəncə sakininin ölümü ilə bağlı məlumat yayd
Prokurorluq Gəncə sakininin ölümü ilə bağlı məlumat yayd25-06-2020, 11:12. Yazar: sevinc1 |
İyunun 21-də saat 22 radələrində Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə məlumat daxil olub. Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb, aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. Hazırda faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir. aia.az Geri dön |