Ana Sayfa > Karusel / Səhiyyə > ÜST gələn həftə koronavirusa yoluxanların sayının 10 milyonu ötəcəyini bildirir

ÜST gələn həftə koronavirusa yoluxanların sayının 10 milyonu ötəcəyini bildirir


25-06-2020, 10:00. Yazar: sevinc1
ÜST gələn həftə koronavirusa yoluxanların sayının 10 milyonu ötəcəyini bildirir


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa yoluxanların sayının gələn həftə 10 milyonu ötəcəyini proqnozlaşdırır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Cenevrədə keçirilən brifinq zamanı ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor bildirib: "Gələn həftə COVID-19 xəstəliyinə yoluxanların sayının 10 milyonu keçəcəyini gözləyirik".

Onun sözlərinə görə, koronavirusa yoluxanların sayı artıq 9,1 milyonu, ölənlərin sayının isə 470 mini keçib: "Koronavirusun yayıldığı ilk ay bizə 10 mindən az yoluxma haqqında məlumat gəldi, son ay ərzində isə bizə artıq 4 milyondan artıq yoluxma halı barədə məlumat verilib".

aia.az
Geri dön