Ana Sayfa > Karusel / Dünya > Türkiyədə məscidlər tam fəaliyyətə başlayıb
Türkiyədə məscidlər tam fəaliyyətə başlayıb24-06-2020, 12:22. Yazar: sevinc1 |
Türkiyədə 3 aydan çox davam edən fasilədən sonra məscidlər tam fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, bunu ölkənin Din İşləri İdarəsinin rəhbəri Əli Ərbaş deyib. O bildirib ki, məsciddə namaz qılanlar azı 1,5 metr məsafədə dayanmalı, maska taxmalı və məscidə daxil olarkən dezinfeksiya vasitələrindən istifadə etməlidir. Bu günədək məscidlərdə cümə və ikindi namazları qılınırdı. İyunun 24-dən etibarən məscidlər sübh, günorta və axşam namazları üçün də açılıb. Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə məscidlərin fəaliyyəti martın 16-dan məhdudlaşdırılmışdı. aia.az Geri dön |