Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > "103" və ambulator yardım xidmətləri müvvəqəti Səhiyyə Nazirliyinə verildi

"103" və ambulator yardım xidmətləri müvvəqəti Səhiyyə Nazirliyinə verildi


24-06-2020, 10:06. Yazar: sevinc1
"103" və ambulator yardım xidmətləri müvvəqəti Səhiyyə Nazirliyinə verildi


"103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və ambulator yardım xidməti müvəqqəti olaraq, Səhiyyə Nazirliyinin tabelyində olacaq.

Bunu Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O qeyd edib ki, bu, yalnız pandemiya dövrünə aiddir.

R.Əliyeva TƏBİB-in strukturunda bir dəyişikliyin olmadığını da söyləyib.

Qeyd edək ki, "103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və poliklinikalar bu ilin əvvəlindən TƏBİB-in tabeliyindədir.

aia.az
Geri dön