Ana Sayfa > Gündəm > Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçəcək

Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçəcək


23-06-2020, 15:44. Yazar: sevinc1
Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçəcək


Gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi, xarici ticarət iştirakçılarının əlavə vaxt itkisinə məruz qalmaması məqsədilə qarşıdan gələn 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar qeyri-iş günündə Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə DGK-dan məlumat verilib.

Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilərlər.

aia.az
Geri dön