Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Bəhram Bağırzadənin səhhətində dəyişiklik yoxdur

Bəhram Bağırzadənin səhhətində dəyişiklik yoxdur


23-06-2020, 10:03. Yazar: sevinc1
Bəhram Bağırzadənin səhhətində dəyişiklik yoxdur


Əməkdar artist Bəhram Bağırzadənin səhhətində dəyişiklik yoxdur.

Bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, əməkdar artıstin səhhətində ciddi dəyişiklik yoxdur. Bəhram Bağırzadənin vəziyyəti stabil, kritik ağır olaraq qalır və təyinat üzrə müalicələr davam etdirilir.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

aia.az
Geri dön