Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Tovuzlu həkimlər dövlət başçısının ayırdığı əlavə vəsaiti ala bilməməkdən şikayətlənirlər
Tovuzlu həkimlər dövlət başçısının ayırdığı əlavə vəsaiti ala bilməməkdən şikayətlənirlər22-06-2020, 19:16. Yazar: sevinc1 |
Bizimyol.info redaksiyasına həkimlərdən şikayət daxil olub. Tovuz rayonunun Qovlar qəsəbəsində çalışan təcili yardım briqadasının həkimi Aydın Mürsəlov zəng edərək bildirib ki, kornoavirusla mübarizə çərçivəsində dövlət başçısının həkimlərin əmək haqqına etdiyi artım onların briqadasına şamil edilməyib. “Dövlət başçısı virusla mübarizədə iştirak edən həkimlərin əmək haqqının 4 misli qədər maaş alacaqlarını bildirdi. Mart ayından bu günə qədər bizə bir qəpik də olsun maaşdan əlavə vəsait verilməyib. Əslində maaşlarımızı da gecikərək alırıq. Bu da bizdə ruh düşkünlüyü yaradır. Maraqlanmışıq, başqa briqadalara verilib. Amma bizim briqadaya şamil edilməyib. Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradova müraciət etdik, dedi sizə düşmür. Bizim briqadada 4 ali təhsilli həkim var.Mən Mürsəlov Aydın, Bayramova Gülarə, Əhmədov Sabir, Abdiyev Eldar və bizim təcili yardım maşınlarının 4 sürücüsü, hər briqadanın tibb bacıları və feldşerləri olmaqla 17 nəfərik. Çağırış gələndə ilk biz gedirik, sonra lazım gəlirsə koronavirus üzrə ixtisaslaşmış həkim briqadasını yönləndirirk , gəlib yaxma götürürlər. Xəstələrlə ilk təması biz qururuq. Amma, baş həkim deyir, sizə artıq maaş düşmür, artım yaxma götürən həkimlərə şamil ediləcək.Axı dövlət başçısı belə söz işlətməmişdi. Bu yanaşma bizi ruhdan salır. Biz Səhiyyə Nazirliyinə, dövlət başçısına məktub göndərmişik. Xahiş edirik, mətbuat bizim şikayətmizi də işıqlandırsın”. Məsələylə əlaqədar olaraq TƏBİB-ə müraciət etdik. TƏBİB-in mətbuat xidmətindən bildirildi ki, maaşlara artım məsələsi İcbari Tibbi Sığorta Agentliyinin nəzarətindədir. İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova şikayətin dərhal araşdırılacağını bildirərək, Tovuz Rayon Mərkəzi Xəstəxanasına həmin şəxslərin hansı səbəblə siyahıya daxil olunmadığını öyrənmək məqsədilə sorğu göndərildiyini qeyd etdi. “Bəzən briqadaları digər çağırışlara getməsi üçün ayırırlar. Ona görə həkimlər maaş artımı siyahısına düşmyə bilərlər. Biz indi araşdıracağıq, görək şikayət edən həkimlərin adları nə üçün bu siyahıya cəlb olunmayıb. Ola bilər ki, xəstəxananın təcili yardım briqadası cəlb olunmayıb. Nazirlər Kabineti Prezident Sərəncamı əsasında qərar qəbul edib. Orda aydın şəkildə qeyd olunub ki, COVİD xəstəliyi ilə mübarizədə iştirak edənlər bu siyahıya aid edilib. Araşdırıb məlumat verəcəyik”. Qeyd edək ki, dövlət başçısının mövcud sərəncamı həkimlərdə böyük razılıq hissi yaratsa da, yerlərdə mövcud olan qarışıqlıq və anlaşılmazlıq səbəbi ilə narazı qalan həkimlər də az deyil. İlhamə Rəsulova Geri dön |