Ana Sayfa > Dünya > İraqın şimalında terrorçularla toqquşmada türk hərbçisi ölüb
İraqın şimalında terrorçularla toqquşmada türk hərbçisi ölüb22-06-2020, 09:31. Yazar: sevinc1 |
İraqın şimalındakı "Pəncə-Pələng" əməliyyatının keçirildiyi ərazidə terrorçularla toqquşma zamanı türk əsgəri ölüb. Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib. Məlumata görə, Pəncə-Pələng əməliyyatı bölgəsində PKK terrorçularıyla toqquşma nəticəsində yaralanan əsgərlərdən biri tibbi müdaxilələrə baxmayaraq ölüb. Açıqlamada toqquşma zamanı iki terrorçunun silahları ilə birlikdə zərərsizləşdirildiyi də qeyd edilib. Qeyd edək ki, "Pəncə-Pələng" əməliyyatı Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir. Xatırladaq ki, daha əvvəl Türkiyə İraqın şimalında "Pəncə-Qartal" əməliyyatı keçirib, əməliyyat zamanı PKK terror ruplaşmasının 81 obyekti məhv edilib. aia.az Geri dön |