Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Böyük idman kompleksləri pandemiya ilə mübarizəyə ayrıla bilər -
Böyük idman kompleksləri pandemiya ilə mübarizəyə ayrıla bilər -19-06-2020, 11:59. Yazar: sevinc1 |
"Ölkədə koronavirusa yoluxma halları stabil olaraq artdığı üçün modul tipli xəstəxanalar, eləcə də, digər dövlət xəstəxanaları pandemiya ilə mübarizəyə ayrılır. Belə davam edərsə, dünya ölkələrində tətbiq edilən praktikanı nümunə götürüb, Bakı İdman Sarayını da pandemiya üçün bağlamaq olar”. Oxu.Azxəbər verir ki, bunuİctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan "ATV Qərargah” verilişində çıxışı zamanıdeyib. O bildirib ki, ölkədə vəziyyətin gedişatından asılı olaraq, ABŞ-ın, Türkiyənin, Çinin, Rusiyanın, İspaniya, İtaliya və Böyük Britaniyanın təcrübələrindən yararlana bilərik: "Belə ki, həmin ölkələrdə geniş idman sarayları, mərkəzləri pandemiya ilə mübarizəyə ayrılıb. Bizdə də Bakı İdman Sarayı, eləcə də, digər geniş idman kompleksləri koronavirusla mübarizə xəstəxanalarına çevriləbilər. Bu məsələ öncədən müzakirə edilə bilər. Həmin mərkəzlərin bəzilərinin yüngül, bəzilərinin isə daha ağır xəstələrin yerləşdirilməsi üçün ayrılması mümkündür”. N.Seyidov vurğulayıb ki, bu istiqamətdə müzakirələr insanların digər xəstəliklərlə bağlı müraciətlərinin də tənzimlənməsinə kömək edə bilər: "Bu, digər xəstəliklərlə bağlı müraciət edən şəxslərin daha rahat şəkildə qəbul olunmasını təmin etmək üçün əlverişli ola bilər. Eyni zamanda, artan xəstə sayını da nəzarətdə saxlaya bilərik”. aia.az Geri dön |