Ana Sayfa > Qərbi Azərbaycan > "Mən həkim olacam"
"Mən həkim olacam"18-06-2020, 11:59. Yazar: sevinc1 |
"Mən həkim olacam" 1975 –ci ilin isti yay günlərindən biri idi.Atası Şıxı Ələsgərov Böyük Vətən Müharibəsində qələbənin 30 illiyinə həsr olunmuş 1941-1945 xatirə komleksinin təntənəli açılışı zamanı, atəşfəşanlıqda açılmamış mərminin üstünə düşməsi nəticəsində aldığı ağır xəsarət ilə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasında müalicə alırdı.Atasının müalicə həkimi Mockvadan qayıtmalı idi. Hamı onu səbrsizliklə gözləyirdi.Şahin də hər gün atasının və onun yanında qalan anasının yanına gəlir,nənəsi hazırladığı yeməkləri verir,atasının günü-gündən yaxşılaşan səhhəti ilə bağlı xoş xəbərləri həvəslə evlərinə çatdırırdı. O bu gündə xəstəxanaya gəlmişdir. Atasının və digər xəstələrin sağalması xəbərini həkimdən eşidən və sevinən insanların üzündəki sevinc və ümid işığı sanki onu sehrinə salıb başqa bir dünyaya apardı.... Bütün büuları görən Şahin fikrini qətiləşdirdi - "Mən həkim olacam". Orta məktəbdə dərslərinə daha da səylə yanaşan Şahin həm də fiziki cəhətdən çox sağlam idi,bir çox idman növlərinə də xüsusi meyl göstərirdi. Riyaziyyat və fizika fənləri üzrə keçirilən şəhər və respublika səviyyəli Olimpiadalarda iştirak edir,məktəbdə əldə etdiyi yüksək nailiyyətlərinə və nümunəvi əxlaqı rəftarına görə həmişə seçilr,yoldaşlarının və müəllimlərin sevimlisinə çevrilmişdir.Hamı onun hansı ixtisas seçəcəyi haqda mübahisələr edir,fikirlər söyləyirdi. Bir gün müəllimlər otaqında aynadan stadionda futbol oynayan uşaqlara baxan idman müəllimi arxaya çönərək Şəfiqə müəlliməyə ( Şahin həkimin anası həmin məktəbdə riyaziyyat və fizika müəlliməsi olub) –imkan verin qoy Şahin futbolun dalınca getsin,bir iki ilə “Neftçi”yə düşər.Riyaziyyat müəllimi onu tətbiqi riyaziyyatda, təmkin və məntiqli rəftarına görə digərləri onu hüquqşunas kimi görürdü... Bəli, Şahin kamillik attestatına məktəb pedoqoji Şurasının qərarına əsasən,təhsildə qazandığı yüksək nəticələr və nümunəvi əxlaqlı davranışına görə qızıl medala layiq görüldü.Təhsil aldığı Gəncə şəhər 42 saylı tam orta məktəbi 1980-ci ildə Qızıl medalla bitirdi. Növbəti tədris ilində məktəbdə Şahinin N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-proflaktika fakultəsinə qəbul olma xəbəri hamını sevindirdi. Amma küsən müəllimlər də az olmadı...Hamı Şahini öz istəyinə uyğun görmək istəyirdi.Bütün bunlar doğmalıqdan,məhəbbətdən yaranan bir istək,arzu idi. Atası Şıxı İbrahim oğlu Ələsgərov hələ 1967-ci ildə Goran stansiyasında işləyən zaman oğlu Şahinə öz arzu və istəyini bir növ ata nəsiyyəti kimi bədii olaraq belə qələmə almışdır. Mənim bütün arzularım çiçək açar bil oğul, Sən böyüyüb mətinləşib gözəl bir insan olsan. Vətənini sevib qəlbdən,xalqın üçün çalışsan İnsanlığa hörmət edib,insanlarla yarışsan. Qədim Yunan fəlsəfəsi üç aforizm üzərində qurulub I.Özün özünü dərk et. II.Özünə rəva bilmədiyini başqasına rəva bilmə III.Görsəndiyin kimi ol və ya olduğun kimi görsən Mayasını ata nəsiyyətindən almış Şahin həkimin həyat yolu,fəlsəfəsi sanki bu aforizmlərlə həm ahəngdir. 1987-ci ildə ATİ-nun müalicə işi fakultəsini müvəffəqiyyətlə bitirib,Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasında həkim–reanimatoloq kimi təcrübə keçib. İndi də Şahin həkim hərdən xəstəxananın həyətindəki çarhovuzun yanından keçəndə keçmiş xatirələri gözü önündə canlanır... 1988-ci ildən Ələsgərov Şahin Şıxı oğlu həyatını Gəncə şəhərində bir profesional həkim olaraq insanların sağlamlığına həsr etmişdir. Bu şərəfli yolda ön cəbhədə əsgərlərin yanında,səhra qospitalında,A.Səhhət adına Xəstəxanada,Gəncədə “Teymurovun xəstəxanasısın”da, Gəncə Perinatal Mərkəzində,bu gün isə COVİD-19 -a yoluxmuş ağır xəstələrə reanimasion yardım edərək öz vətəndaşlıq,insanlıq borcunu yüksək səviyyədə yerinə yetirməklə addımlayır.Şahin müqəddəs həkim adını ləyaqətlə yaşadır. 1990-cı illərdə mənfur qonşularımızın başladığı müharibədə yaralılara kömək məqsədi ilə cəbhədəki qospitallara ezamiyyə göndərilən həkim briqadalarının tərkibində Şahin həkim Toğanada,Gəncədə,Bəyimsarovdakı xəstəxanalarda yüzlərlə əsgərlərin sağalması ücün əlindən gələni edib. Həmişə çalışqanlığı,səbrliyi,xəstələrə diqqəti,sadəliyi,nəzakətli münasibəti onun simasında həkimlə insanlığın vəhdətini yaradır. Məhşur rus yazıcısı L.N.Tolstoy "Ağrını hiss edirsənsə canlı, başqasının ağrısını hiss edirsənsə insansan" - demişdir. Şahin həkim hər bir kəsə qarşı, xüsusən də xəstələrə çox diqqətli və yanımçıldır. Onun 3-4 günlərnən,xəstənin vəziyyəti stabilləşənə kimi evə getmədən onların yanında qalması,öz damarından xəstələr üçün qan verməsi,maddi vəziyyəti çətin olanlar üçün öz vəsaiti hesabına zəruri dərman köməkliyi etməsi gündəlik həyatına çevrilmişdir. Öz üzərində daima çalışır,ixtisas artırma kurslarında,elmi-praktik konfranslarda iştirak edir,yeni tibbi nəşrlərlə məqalələri diqqətlə izləyir,şəhərin içtimai-siyasi həyatında yaxından iştirak edir.Elmi axtarışlara həmişə həvəs göstərib.Bu məqsədlə 1994-cü ildə Akademik Polenov adına Rusiya Neyrocərrahlıq İnstitutuna ( Sank Peterburq şəhərində) yüksək qiymətlərlə imtahan verərək aspiranturaya qəbul olub.O vaxtkı iqtisadi və ailə vəziyyəti Şahin həkimi bu missiyanı axıra çatdırmağa imkan verməyib. Gənc həkimlərə,təcrübə kecən tələbələrə bildiklərini,həyat təcrübəsini sevə-sevə öyrədir, onlarla diskusiya aparır,fikir və mülahizələrinə hörmətlə yanaşır. Bu gün fəxrlə demək olar ki,Şahin həkimi həyatda ideal tutaraq bu şərəfli peşəni seçən çoxlu gənclərimiz var. Onlardan biri də onun ciyərparəsi,qızı Nəzrindir. Həkim xəstəyə,peşəsinə,insanlara qarşı nə qədər diqqətli,öz ömrünü “şam kimi yandırandırsa”,özünə və ailəsinə qarşı məhrumiyyətlər olur. Günü bu gündə ehtiyac belə olmasa da Şahin həkim bütün məclislərə öz maşını ilə gedir və bunu belə əsaslandırır; -"Məni hər an cağıra bilərlər". Bəli bir çox hallarda heç məclislərə belə çatmadan,"məni bağışlayın, mən xəstəxanaya gedəsi oldum,Sizə yaxşı istirahət arzulayıram,tez qurtarsam gələcəm"deyərək,geriyə, iş yerinə qayıdır. Tanınmış pedoqoq Makarenko həbsdə olanda,onunla bir kamerada yatan vərəm xəstəsini hər gün çiyninə alıb gəzintiyə,açıq havaya çılxarırdı. Makarenko bəraət alır və azadlığa çıxır.Onun haqqında yazıların birində qeyd olunur ki, Makarenkonun pedoqoqika sahəsində uğurları belə olmasaydı,onun türmədə bir xəstəyə münasibəti onu məhşur edərdi. Haqqında qısa bəhs etdiyim Şahin həkim 33-ildən artıq bir dövrdə neçə-neçə insanlara şəfa verib,minlərlə ailələrə sevinc bəxş edib. Bu gün onların Peşə bayramıdır.Bü münasibətlə bütün səhiyyə işcilərini təbrik edirik və bu cətin sınaq dövründə onlara yalnız və yalnız səbrli,təmkinli olmağı arzulayırıq. Gəlin həkimlərə sadəcə - Sağ ol həkim ! -deyək.Peşə Bayramınız Mübarək. Şaiq Ələsgərov AİA.Az Geri dön |