Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Baş infeksionistdən XƏBƏRDARLIQ:

Baş infeksionistdən XƏBƏRDARLIQ:


17-06-2020, 13:12. Yazar: sevinc1
Baş infeksionistdən XƏBƏRDARLIQ:


Əhali Nazirlər Kabineti yanında Operativ qərargahın müəyyən etdiyi qaydalara əməl etməsə, koronavirusa yoluxma sayı daha da arta bilər.

Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, əhalinin 0,1 faizində koronavirus aşkarlanıb. Aşkar edilənlərin 1,2 faizində letallıq göstəricisi müşahidə edilib.

Baş infeksionist qeyd edib ki, Azərbaycanda epidemioloji vəziyyət hələ nəzarət olunan səviyyədədir:

"Bu nəticəni saxlamağın özü də bir müvəffəqiyyətdir. İnsanlar qaydalara əməl etsələr, yoluxma və ölüm sayı daha aşağı olar".

C.İsayev Azərbaycanda yoluxmanın dalğavari gedişatının müşahidə edildiyini də söyləyib:

"Aprelin 27-dək xəstələnmə halları tam aşağı düşmüşdü. İndi yoluxma dəfələrlə artıb. Bu, epidemiyanın dalğavari gedişidir. Epidemiya hələ davam edir. Epidemiyanın ikinci dalğasının olub-olmaması haqqında konkret fikir söyləmək hələ tezdir. Nəticələr təhlil edildikdən sonra bu barədə fikir söyləmək olar".

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma halları kəskin artıb. Hər sutka ərzində qeydə alınan yeni yoluxma hallarının sayı 300-ü ötüb.

aia.az
Geri dön