Ana Sayfa > Karusel / Gündəm > Milli Məclisin iki əməkdaşında koronavirus aşkarlanıb
Milli Məclisin iki əməkdaşında koronavirus aşkarlanıb16-06-2020, 12:20. Yazar: sevinc1 |
![]() Milli Məclisdə “COVİD 19” koronavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib. Qeyd olunub ki, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD-19 testinin nəticəsi müsbət çıxıb. Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir. aia.az Geri dön |