Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Ana Vətən Partiyasının Mərkəzi Aparatında 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Ana Vətən Partiyasının Mərkəzi Aparatında 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.7-03-2016, 14:25. Yazar: admin |
8 Mart Beynəlxalq Qadınlar Günü Ana Vətən Partiyasında qeyd olunmuşdur. AVP sədri Fəzail Ağamalı partiyanın qadın fəallarının bir qrupunu bayram münasibətilə səmimi qəlbdən təbrik edərək onlara uzun ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi və işlərində müvəffəqiyyətlər arzulayıb. F.Ağamalı vətəndaş cəmiyyətinin formalaşmasında qadınların əvəzsiz rolundan, respublikanın ictimai siyasi həyatındakı xüsusi çəkisindən, Azərbaycan qadınının müasir cəmiyyətdəki uğurlarından, dövlətimiz tərəfindən qadınlara göstərilən diqqət və qayğıdan bəhs edib. Son illər partiyanın qadın üzvlərinin sürətlə çoxalmasının qadınların siyasətə marağının artması kimi dəyərləndirən Fəzail Ağamalı onların siyasi fəaiyyətinin artmasından məmnun olduğunu bildirib. Tədbirin sonunda qadın fəallara bayram hədiyyələri təqdim olunub. Ana Vətən Partiyasının Mətbuat Xidməti 07.03.2016 Geri dön |