Ana Sayfa > Karusel / Parlament > Lənkəranda bacısı ilə çayda çimən 20 yaşlı oğlan boğulub öldü

Lənkəranda bacısı ilə çayda çimən 20 yaşlı oğlan boğulub öldü


16-06-2020, 11:22. Yazar: sevinc1
Lənkəranda bacısı ilə çayda çimən 20 yaşlı oğlan boğulub öldü


Lənkəran rayonunda gənc oğlan suda boğulub.

Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Nüvədi kəndi ərazisində baş verib. Rayonun Bəlləbur kənd sakini 2000-ci il təvəllüdlü Əliyev Elgün Asəf oğlu bacısı Gülcahan Əliyeva və yeznəsi Elvin Cəfərovla birlikdə Yuxarı Nüvədi kəndi ərazisində dərinliyi 7 metr olan çaya çimməyə gedib.

E.Əliyev üzə bilmədiyi üçün çayın dərin yerində boğulub ölüb. Faktla bağlı araşdırma aparılır.


aia.az
Geri dön