Ana Sayfa > Qərbi Azərbaycan > Uşağı ana südündən nə zaman və necə ayırmaq olar? - Pediatr izah edir
Uşağı ana südündən nə zaman və necə ayırmaq olar? - Pediatr izah edir15-06-2020, 15:35. Yazar: sevinc1 |
Uşağa hansı müddətə qədər süd verməyin lazım olduğu hər bir ananı düşündürən sualdır. Bununla bağlı mütəxəssis rəyi daha vacibdir. AİA.Az e-tibb.az-a istinadən pediatr, uzman həkim Ülvi Əliyevin uşağı süddən nə zaman və necə kəsmək lazım olması barədə rəyini təqdim edir: 6-cı aydan sonra uşağın ana südünə tələbatı azalır. Çünki əlavə qidalar yeməyə başlayır. Amma bununla belə heç olmasa 12-ci ayadək əmizdirmək yaxşıdır. Əslində Dünya Səhiyyə Təşkilatı ana südünü 2 yaşadək tövsiyyə edir (Bu, müqəddəs "Qurani- Kərim"in Bəqərə surəsi-233-önərisi ilə də üst-üstə düşür). Uşağı birdən-birə süddən kəsmək olmaz. Bu, həm anaya ziyandır (mastit ola bilər), ən çox da uşağa psixoloji travmadır. Bu, tədricən 2-3 ay ərzində olmalıdır. Məsələn, 2-3 gündən bir əmizdirmə seansından birini ixtisar edərək. Səhər tezdən və axşam olan əsas qidalanma saatları kəsilməli, axıra saxlanmalıdır. Mövsümün məsələyə dəxli yoxdur, südü istədiyiniz fəsildə kəsə bilərsiniz. Bəzi analar döşə limon, sarımsaq, tomat, qəhvə kimi kəskin iyli vasitələr sürtürlər. Bunlar çox məsləhət edilən vasitələr deyil. Adaçayı, çobanyastığı, kərəviz, nanə dəmləmələrinin südü azaltdığı deyilir. Südü 2 yaş civarında kəsmək məsləhət deyil. Çünki "2 yaş sindromu" dönəmi ilə üst-üstə düşərək əlavə çətinliklər yaradır... AİA.Az Geri dön |