Ana Sayfa > Cəmiyyət / İdman / Aia TV / Karusel > Türkiyədə futbol oyunu zamanı hakim öldü - FOTO

Türkiyədə futbol oyunu zamanı hakim öldü - FOTO


7-03-2016, 13:27. Yazar: admin



Türkiyənin Balıkesir bölgəsində həvəskarlardan ibarət "Gündoğan Çeltikspor" və "Bostancıspor" komandaları arasındakı oyun zamanı 17 yaşlı yan xətt hakimi dünyasını dəyişib.

Aia.az report-a istinadən bildirir ki, hadisə süni örtükdə keçirilən görüşün 32-ci dəqiqəsində baş verib.

Hakimliyə namizəd Halil Berke Aygün anidən özünü pis hiss edərək, yerə yıxılıb. Stadionda həkimlər olmadığından, təcili yardım çağırılıb. Həkimlərin ilkin yardımından sonra o, yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Lakin infarkt diaqnozlu hakimin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Halil Berke Aygün xəstəxanaya aparıldıqdan sonra oyun davam etdirilib. "Üzümlüspor" və "Göbelspor" komandaları arasındakı növbəti qarşılaşmanın startı ərəfəsində isə hakimin ölüm xəbəri gəlib. Nəticədə matç təxirə salınıb.



Geri dön