Ana Sayfa > Karusel / Dünya > Çinin bu şəhərində hərbi vəziyyət tətbiq edildi
Çinin bu şəhərində hərbi vəziyyət tətbiq edildi15-06-2020, 13:25. Yazar: sevinc1 |
Çinin Pekin şəhərində böyük kənd təsərrüfatı bazarında COVID-19-un yayılması səbəbindən paytaxtla sərhəddə yerləşən Hubey əyalətinin Baodin şəhərində hərbi vəziyyət tətbiq edilib. AİA.Az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə şəhər rəhbərliyinin saytında məlumat verilib. Qeyd edilir ki, Baodin Pekinlə qonşuluqda yerləşir, şəhərlər arasında yüklərin və insanların hərəkəti son dərəcə sıxdır. Bu da, öz növbəsində, yüksək sayıqlıq tələb edir. 11 milyondan çox əhalisi olan Baodin şəhəri Pekindən 147 kilometr aralıqda yerləşir. AİA.Az Geri dön |