Ana Sayfa > Ölkə / Qərbi Azərbaycan > Təhsil Nazirliyi: Məktəblərdəki vakansiyaların gizlədilməsi halları var idi

Təhsil Nazirliyi: Məktəblərdəki vakansiyaların gizlədilməsi halları var idi


15-06-2020, 13:24. Yazar: sevinc1
Təhsil Nazirliyi: Məktəblərdəki vakansiyaların gizlədilməsi halları var idi



Məktəblərdəki vakant yerlərin toplanılması zamanı aparılan araşdırma zamanı məlum oldu ki, müəyyən yerlərin gizlədilməsi halları var idi.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

O deyib ki, bu fakt məlum olduqdan sonra mümkün olan yerlər müəllimlərin yerdəyişməsi müsabiqəsinə çıxarılıb. Qalan yerlər isə müəllimlərin işə qəbulu müsabiqəsinə çıxarılacaq.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7 539 vakant yer çıxarılacaq. Vakant yerlərin 6 680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.
Geri dön