Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Koronavirusa yoluxmuş həkimin fəryadı!

Koronavirusa yoluxmuş həkimin fəryadı!


15-06-2020, 13:19. Yazar: sevinc1
Koronavirusa yoluxmuş həkimin fəryadı!



Azərbaycanda daha bir həkim koronavirusa yoluxub. AİA.Az bildirir ki, o, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, infeksionist Nicat Əzimlidir.

Bu barədə tibb işçisi sosial şəbəkə hesabı vasitəsilə məlumat verib.

“Bugünkü (dünən-red.) 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdur deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah görüşmək ümidi ilə”, - o, Feysbukda yazıb.

Qeyd edək ki, ötən gün Azərbaycanda daha 387 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent vəfat edib, 274 nəfər sağalıb.



AİA.Az
Geri dön