Ana Sayfa > Karusel / Gündəm > Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı


14-06-2020, 13:02. Yazar: sevinc1
Sabahın havası açıqlandı



Azərbaycanda iyunun 15-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AİA.Az-a verilən məlumata görə, 15 iyunda Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli olacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

AİA.Az
Geri dön