Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Naxçıvanda 4 uşaq atası vuruldu

Naxçıvanda 4 uşaq atası vuruldu


7-03-2016, 13:02. Yazar: admin


Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib.

Aia.az APA-ya istinadən bildirir ki, hadisə Şərur rayonunun Yuxarı Daşarx kəndinə qeydə alınıb. Kənd sakini Elməddin Zülal oğlu Cəlalov yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. O, aldığı xəsarətdən yerindəcə keçinib.

Hadisəni törədən avtomobil hələlik tapılmayıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən E.Cəlalov 4 uşaq atasıdır.
Geri dön