Ana Sayfa > Aia TV / Dünya > Məşhur model xəyalındakı kişidən danışdı

Məşhur model xəyalındakı kişidən danışdı


13-06-2020, 14:53. Yazar: sevinc1
Məşhur model xəyalındakı kişidən danışdı



Türkiyəli məşhur model Çağla Şikel münasibət yaşamaq istədiyi kişi barədə danışıb.

AİA.Az ölkə.az-a istinadən bildirir ki, model ''Haber Global''da yayımlanan "Jülide Ateş'le 40" verilişinin qonağı olub. O söhbət əsnasında xəyalındakı kişi obrazı barədə söz açıb.

''Həyatıma daxil olan insanın maqazin proqramlarında görünməmək kimi problemi olmamalıdır. Öz ayaqları üstündə dayana bilən, bacarıqlı insana aşiq oluram. Gördüyü işi ən yaxşı formada görən, yaşından asılı olmayaraq özünü inkişaf etdirən kişini sevirəm. Bir gün uğruna hər şey edə biləcəyim kişi ilə qarşılaşsam, ümid edirəm ki, o da mənim həyatıma daxil olmaqdan narahat olmaz'' -deyə, o qeyd edib.

AİA.Az
Geri dön