Ana Sayfa > Karusel / Dünya > Pekində yeni koronavirus ocağı aşkar olundu - Hərbi rejim elan edildi

Pekində yeni koronavirus ocağı aşkar olundu - Hərbi rejim elan edildi


13-06-2020, 12:18. Yazar: sevinc1
Pekində yeni koronavirus ocağı aşkar olundu - Hərbi rejim elan edildi



Çinin paytaxtı Pekində topdansatış bazarlarının birində 50-yə yaxın şəxsdə koronavirus aşkar edilib.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar bazarın fəaliyyəti dərhal dayandırılıb.

Çin hökuməti həmin bazarın yerləşdiyi Fentay rayonunda hərbi rejim elan edib.

Qeyd olunur ki, koronavirus bazarın balıq satılan hissəsində aşkar edilib. İnfeksiyaya yoluxma ilə 10 minədək şəxs testdən keçiriləcək.

AİA.Az
Geri dön