Ana Sayfa > Media / Aia TV / Karusel > Elektron poçtun yaradıcısı öldü

Elektron poçtun yaradıcısı öldü


7-03-2016, 12:55. Yazar: admin

Elektron poçtun yaradıcısı Roy Tomlinson 74 yaşında ürək tutmasından vəfat edib

Lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, amerikalı proqramçı 74 yaşında ürək tutmasından keçinib.

R. Tomlinson internetin pioneri və elektron poçtun yaradıcısı kimi tanınır. Məhz o, ilk dəfə elektron ünvanlarda @ simvolundan istifadə edib. R. Tomlinson ilk dəfə 1971-ci ildə bir kompüterdən digərinə məlumat göndərilməsi ideyası ilə çıxış edib. Onun kəşfi ARPANET şəbəkəsi və ümumən internetin inkişafına təkan verib.
Geri dön