Ana Sayfa > Ölkə > Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə meliorasiyada inkişafın yeni mərhələsinə keçid açıldı
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə meliorasiyada inkişafın yeni mərhələsinə keçid açıldı11-06-2020, 18:18. Yazar: sevinc1 |
Meliorasiya və su təsərrüfatının inkişafında Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri vardır. Qədim suvarma əkinçiliyi ənənələrinə malik Azərbaycanda müasir meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, bu sahə əsasən Ümummilli lider Heydər Əiyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə inkişaf edib. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdı. Ulu öndər keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlayırdı. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, sonradan kənd təsərrüfatında, xüsusi ilə də meliorasiya və su təsərrüfatında durğunluq yaranmış, sahə dağılaraq məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Xalqın tələbi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Mövcud meliorasiya potensialından səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına yönəlmiş siyasəti indi onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə su təsərrüfatı və meliorasiya sahəsinə əsaslı kapital qoyuluşu dəfələrlə artıb. Belə ki, sahənin maddi-texniki bazası gücləndirilib, 2000-dən artıq maşın və mexanizm alınıb, 2935 km.uzunluğunda suvarma kanallarının, 1768 km. uzunluğunda kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Habelə 185 min hektar sahədə suvarılan torpaqların su təminatı və 190 min hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 26 min hektardan çox yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə respublikanın əhalisi 622 min nəfərdən çox olan 32 rayonunun 223 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250 ədəd, eyni zamanda Nazirlər Kabinetinin Sərəncamı ilə 55 ədəd subartezian quyusu qazılıb və istismara verilib. Bununla da 4600 hektar sahə su ilə təmin olunub. “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir. Meliorasiya və su təsərrüfatının inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçinin, Azərbaycan xalqının xilaskarı, Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin, tükənməz enerjisinin və siyasətinin bəhrəsi olmuşdur. Ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olan meliorasiya və irriqasiyanı böhrandan çıxarmaq, xarici investorların bu sahəyə marağını artırmaq, onların konkret köməklik göstərmələrini təmin etmək məqsədilə meliorasiya və irriqasiya sahəsində bazar iqtisadiyyatına uyğun islahatların aparılmasına və müvafiq qanunvericilik bazasının yaradılmasına başlanıldı. 1996-cı ildə MDB ölkələri arasında ilk dəfə olaraq “Meliorasiya və irriqasiya haqqında” qanun qəbul edildi. 1997-ci ildə “Azərbaycan Respublikasının Su Məcəlləsi”, 2003-cü ildə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və bir sıra digər qanun və normativ hüquqi sənədlər işlənib hazırlandı. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan Respublikasının Su Məcəlləsi” respublikada su münasibətlərinin tənzimlənməsi sahəsində yeni bir addım oldu. Meliorasiya və su təsərrüfatının inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçinin, Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin, tükənməz enerjisinin və siyasətinin bəhrəsi olmuşdur. Onu da qeyd edək ki, ki, hal-hazırda kənd təsərrüfatı əkinlərini fasiləsiz olaraq suvarma suyu ilə təmin etmək üçün bütün mövcud imkanlar səfərbər olunub, istismar və təmir-bərpa işlərinin səmərəliliyinin yüksəldilməsi intensiv davam etdirilir. Sərdar Əhmədov, Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi aia.az Geri dön |