Ana Sayfa > Gündəm > Uçuş zamanı hər hansı sərnişində COVID-19 xəstəliyinin əlamətləri olarsa, nə olacaq? -
Uçuş zamanı hər hansı sərnişində COVID-19 xəstəliyinin əlamətləri olarsa, nə olacaq? -11-06-2020, 17:53. Yazar: sevinc1 |
![]() Azərbaycanda koronavirus infeksiyası COVID-19 pandemiyası dövründə yerinə yetiriləcək sərnişin daşımaları ilə bağlı yeni qaydalar hazırlanıb. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən aia.az-a bildirilib ki, bu qaydalara əsasən, uçuş zamanı sərnişinlərdən birində COVID-19 xəstəliyinin əlamətləri müəyyən edildiyi zaman, o, digər sərnişinlərlə təmasın minimuma endirilməsi məqsədilə hava gəmisi salonunun arxa hissəsində təcrid ediləcək. Ona xidmət göstərmək üçün ayrıca təyyarə bələdçisi təyin ediləcək. - sərnişinlər hava gəmisinə daxil olarkən ekipaj onlara tibbi maska, birdəfəlik istifadə üçün əlcəklər, həmçinin dezinfeksiyaedici heldən (sanitayzer) ibarət fərdi qoruyucu vasitələr dəsti təqdim edəcək; - tualet kabinələrindən istifadə istisna olmaqla, uçuş müddətində salonda gəzməyə icazə verilmir; - ekipajla təmasın minimuma endirilməsi üçün uçuş zamanı sərnişinlərə hermetik qablaşdırmada qida və birdəfəlik istifadə üçün yemək ləvazimatları təqdim ediləcək. Biznes və VIP sinif sərnişinlərinə hermetik bağlamada yerləşdirilən 4 növ qidanın təsvir olunduğu menyu kartı təqdim ediləcək. Pandemiya dövründə sərnişinlərə, birdəfəlik istifadə olunan qulaqcıqlar istisna olmaqla, yastıq, ədyal, planşet və digər ləvazimatlar təqdim olunmayacaq; aia.az Geri dön |