Ana Sayfa > Parlament > Fövqəladə hallar nazirinin müavinləri Ceyranbatanda yanğın baş verən əraziyə yollanıb
Fövqəladə hallar nazirinin müavinləri Ceyranbatanda yanğın baş verən əraziyə yollanıb11-06-2020, 16:54. Yazar: sevinc1 |
![]() Fövqəladə hallar nazirinin müavinləri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın baş verən əraziyə gedib. Bu barədə aia.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, yanğının söndürülməsi üçün dərhal əraziyə nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək. aia.az Geri dön |