Ana Sayfa > Ölkə > Bakıda karantin qaydalarını pozan daha iki kafe aşkarlandı, 7 nəfər saxlanıldı
Bakıda karantin qaydalarını pozan daha iki kafe aşkarlandı, 7 nəfər saxlanıldı11-06-2020, 11:09. Yazar: sevinc1 |
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkarlanıb. Trend-in məlumatına görə, Binəqədi RPİ 6-cı PB və Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayırı-ayırlıqda Yuxarı Sulutəpə qəsəbəsində “Faxralı”, Biləcəri qəsəbəsində “Şuşa” kafelərinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, “Şuşa” kefesinin icarədarı 1500 manat, digərləri 100 manat cərimə olunublar. aia.az Geri dön |