Ana Sayfa > Təhsil / Manşet / Karusel > Mikayıl Cabbarovun 116 saylı orta məktəbdən xəbəri varmı? - ÖZƏL

Mikayıl Cabbarovun 116 saylı orta məktəbdən xəbəri varmı? - ÖZƏL


7-03-2016, 12:22. Yazar: admin
Mikayıl Cabbarovun 116 saylı orta məktəbdən xəbəri varmı? - ÖZƏL
Mikayıl Cabbarovun 116 saylı orta məktəbdən xəbəri varmı?Direktor Aida Alıyeva hər il özunun ad günüsü, fond və digər adlar altında pullar toplayır

Təhsil naziri Mikayıl Cabbarov bir müddət əvvəl mətbuatın qarşısına çıxaraq, bəyan etdi ki, orta məktəblərdə pul yığımlarının qarşısını almaq üçün zəruri addımlar atırlar. Nazir həmçinin vurğulamışdı ki, orta məktəblərdə şagirdlərdən pul yığan direktorlar barədə məlumat aldığı təqdirdə, onları vəzifələrindən azad edəcəklər.

Politika.Az xəbər verir ki, Bakının 116 saylı orta məktəbində pul yığımı adi hala çevrilib. Həmçinin burada nazirin təlimat və tapşırıqlarının yerinə yetirilməməsi də adi haldır. Məlumatda deyilir ki, direktor Aidə Alıyeva ümumiyyətlə, naziri saymır və onun tapşırıqlarına da əməl etmir.

Qeyd edilir ki, Alıyeva mütəmadi olaraq şagirdlərdən pul yığdırmağından çəkinmir. Məsələn, direktor hər ilin 14 dkabrında hər bir şagirddən 15 manatdan pul yığdırır. Səbəb isə həmin tarixdə onun ad gününün olmasıdır. Bununla kifayətlənməyən 116 saylı məktəbin rəhbəri bayramları da yadından çıxarmır. Belə ki, o, 8 Mart Qadınlar Günü ilə əlaqədar şagirdlərdən 30 manatdan pul gətirmələrini tələb edir.
Mikayıl Cabbarovun 116 saylı orta məktəbdən xəbəri varmı?
Məlumatda vurğulanır ki, xanım Alıyeva hər il fond pulu adı altında hər bir şagirddən 30 manat almaqdan da usanmır. Halbuki nazir belə bir yığımın qadağan olunduğunu açıqlayıb.
Mikayıl Cabbarovun 116 saylı orta məktəbdən xəbəri varmı?
Nəzərə alaq ki, 16 saylı orta məktəbdə 800 şagird təhsil alır. Onların hər birindən il ərzində 150-200 manat pul alınarsa, bu artıq il boyu 160 min manat «qazanc» anlamına gəlir.
Mikayıl Cabbarovun 116 saylı orta məktəbdən xəbəri varmı?
İşin tərs tərəfi isə odur ki, Aidə Alıyeva heç nədən çəkinmədən tələb olunan pulu verməyən şagirdlərin məktəbdən qovulmasını tələb edir. Qeyd edək ki, pul yığılmasının özü qanun pozuntusudur. Üstəlik, direktorun belə işlərə görə şagirdi məktəbdən qovdurması da qanunsuzluğun son həddi sayılmalıdır.

Sonda onu da bildirək ki, bir qrup valideyn Aidə Alıyevanın hərəkətlərindən bezərək, təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar. Onlar nazirdən 116 saylı orta məktəbdə baş verənləri araşdırmağı, habelə direktor barəsində ölçü götürülməsini tələb edirlər.

Qarşı tərəfi də dinləməyə hazırıq.



Geri dön