Ana Sayfa > Siyasət > Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib

Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib


10-06-2020, 13:58. Yazar: sevinc1
Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Saziş 2020-ci il martın 11-də Bakı şəhərində imzalanıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanunu da imzalayıb.

Protokol 2020-ci il martın 11-də Bakı şəhərində imzalanıb.

aia.az
Geri dön