Ana Sayfa > Karusel / Parlament > Kürdəmirdə qadının keçmiş əri tərəfindən yandırılması ilə bağlı
Kürdəmirdə qadının keçmiş əri tərəfindən yandırılması ilə bağlı10-06-2020, 11:02. Yazar: sevinc1 |
![]() Daxili İşlər Nazirliyi Kürdəmirdə 2017-ci ildə həyat yoldaşından ayrılaraq, öz ailəsi ilə yaşayan qadının keçmiş əri tərəfindən benzin tökülərək yandırılması məsələsinə münasibət bildirib. Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Nurlan Hüseynov Kürdəmirin Muğanlı kəndindəki evində ailə-məişət münaqişəsi zəminində keçmiş arvadı Şura Əmirovanın üzərinə benzin tökərək yandırıb: “Qadın xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir”. DİN rəsmisi qeyd edib ki, Nurlan Hüseynov saxlanılıb, araşdırma aparılır. aia.az Geri dön |