Ana Sayfa > Gündəm / Manşet / Karusel > “Daha bir neçə icra başçısı çıxarılacaq“-XƏBƏRDARLIQ EDİLDİ
“Daha bir neçə icra başçısı çıxarılacaq“-XƏBƏRDARLIQ EDİLDİ7-03-2016, 12:13. Yazar: admin |
"Cənab prezident hər zaman müşavirələrdə xəbərdarlıq edir ki, icra başçıları vətəndaşların yanında olmalı, onların problemlərini həll etməlidir" Bunu azvision.az-a açıqlamasında deputat Vahid Əhmədov son günlər bir neçə icra başçısının işdən çıxarılmasına münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, işdən çıxarılan icra başçıları nöqsanlara yol verdikləri üçün vəzifədən kənarlaşdırılıb. Millət vəkili hesab edir ki, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən, prezidentin etibarını itirən məmurların işdən çıxarılması qaçılmazdır, prezident bu istiqamətdə ciddi addımlar atır: "Azərbaycanda iqtisadi islahatlara ciddi yanaşıldığı bir zamanda hər kəs işində diqqətli olmalıdır". V.Əhmədov hesab edir ki, yol verdikləri nöqsanlara görə daha bir neçə icra başçısı tutduğu postla vidalaşmalı olacaq. Qeyd edək ki, son günlər ölkə başçısının imzaladığı sərəncamla Cəbrayıl, Laçın və Salyan rayon icra başçıları vəzifələrindən azad olunublar. Oxunub: 556 Bölmə: Siyasət Paylaş: Şərhlər adil Tarix:05.03.2016 | # 2 Əziz Jam.az Özunuz də yaxsi bilirsiniz ki bu dəyisikliklərə islahat adi qoyacaqlar və əslində çixarilanlarin yerinə gələnlər əvvəlkindən də butun mənalarda betəriləri gələcəyi hamiya bəllidir.Çixan yigdigini rahatca yemək hətta təzə arvad almaq imkanlari Yeni gələn əvvəlki yerindəki törətdiklərindən anini və pulunu götürüb yenidən yagmalamaq imkanlari qazanir.Xalqa isə bir iki ayliq ümüd qalir.Bu illər ərzində butun korrupsiyalarin başinda İHB durdugu uşaga da bəllidir.Hansi İHB buna məhz buna görə cəzalanib.XƏBƏRDARLİQ EDİLİB? Bu da QARABAGI alacagiq NAGILI kimi bir seydir BUTUN ÇAYLAR DƏNİZƏ AXİR tagrul Tarix:05.03.2016 | # 1 BES NOVBE BU ehed abiyeva NE ZAMAN CATACAQ..AXI BU DASHKESEN SHEHERINI KENDE CEVIRDI ,,,AYDA BIR DEFE GELIB YEYIB ICIB PULLARI YIGIB GEDIR,, RAYONDA ONU EL ALTILARI GEDE GUDELER OZU DEMISH,namiq muavini,NUSRET SHEHER ISHRA NUMAYENDESWI,shahbaz kohne torpaq shobesi ,eleddin FILIZ KOMBINATI.rayonda at oynadir milleti capib talayir Geri dön |