Ana Sayfa > Manşet / Gündəm > “Polisə qarşı çirkin kampaniyalar aparılır” -

“Polisə qarşı çirkin kampaniyalar aparılır” -


9-06-2020, 12:50. Yazar: sevinc1
“Polisə qarşı çirkin kampaniyalar aparılır” -


"Sosial şəbəkələrdə, bəzi saytlarda polisə qarşı çirkin kampaniyalar aparılır. Bu kampaniya düşünülmüş şəkildə haradansa idarə olunur".

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. Onun sözlərinə görə, insanlara qarşı sərt davranan polislər varsa, onlar barədə Daxili İşlər Nazirliyi tədbir görəcək.

"Hazırda araşdırmalar gedir. Lakin polis öz işini görür. Bunu çirkin kampaniyaya çevirmək istəyənlər var. Yazılanlardan da görünür ki, həmin şəxslər kimlərsə tərəfindən idarə olunur. Sosial şəbəkələrdə yazılanlar çirkin kampaniyanın məqsədli şəkildə aparıldığını göstərir. Polis bizimdir, onlar da bizlərdən biridir".

A.Abbas bildirib ki, hər bir sahədə olduğu kimi polis orqanlarında da nöqsana yol verənlər ola bilər: “Daxili İşlər Nazirliyinin hər 6 aylıq və illik hesabatlarında görünür ki, nə qədər polisin vəzifəsi aşağı endirilib və ya vəzifədən kənarlaşdırılıb. Bir-iki nəfərin səhv hərəkətinə görə, Azərbaycanın polis sisteminə qarayaxmaq, ləkə atmaq yolverilməzdir”.
Geri dön