Ana Sayfa > Karusel / Ölkə > DSMF-nin şöbə müdiri və 6 işçi koronavirusa yoluxdu
DSMF-nin şöbə müdiri və 6 işçi koronavirusa yoluxdu9-06-2020, 11:11. Yazar: sevinc1 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub. Bu barədə aia.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı məlumat verib. Onun sözlərinə görə, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVİD-19) testinin nəticələri pozitiv çıxıb: "Hazırda əməkdaşlarımızın vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur. Şöbədə COVİD-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib”. aia.az Geri dön |