Ana Sayfa > Qərbi Azərbaycan > TƏBİB binaların liftindən istifadə edən sakinlərə müraciət etdi
TƏBİB binaların liftindən istifadə edən sakinlərə müraciət etdi9-06-2020, 11:00. Yazar: sevinc1 |
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün vətəndaşlara daha bir müraciət edib. aia.az-a daxil olan müraciətdə bildirilir ki, virusdan qorunmaq üçün iş yerlərində, müxtəlif ofis binalarında və restoranlarda liftdən istifadə edərkən bəzi qaydalara əməl etmək vacibdir: "Lift növbəsində və liftin içərisində fiziki məsafəni qoruyun, maska taxın. Əgər liftdə çox insan varsa, ora daxil olmayın, növbəti gedişi gözləyin. Həmçinin, lift daxilində üz-üzə durmamağa və söhbət etməməyə çalışın". aia.az Geri dön |