Ana Sayfa > Manşet > TƏBİB-dən sərnişinlərə tövsiyə:

TƏBİB-dən sərnişinlərə tövsiyə:


8-06-2020, 10:40. Yazar: sevinc1
TƏBİB-dən sərnişinlərə tövsiyə:


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə tövsiyələr verib.

aia.az-ın məlumatına görə, TƏBİB bu tövsiyələrini sosial şəbəkədəki səhifəsi vasitəsilə sərnişinlərə çatdırıb:

"İctimai nəqliyyatdan istifadə edirsinizsə, özünüzü və başqalarını qorumaq üçün COVID-19 infeksiyasının yayılmasının azalmasında nələri etməyin praktik və mümkün olduğunu düşünün. TƏBİB sizə aşağıdakıları tövsiyə edir:
- Xəstəsinizsə, evdə qalın
- İctimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edin
- Tranzit stansiyanı tərk edərkən və və son dayanacaqda əl gigiyenasına riayət edin. Əllərinizi spirt əsaslı dezinfektantla təmizləyin" .


aia.az
Geri dön