Ana Sayfa > Qərbi Azərbaycan > Almaniyalı nazir səhiyyə sahəsində NATO yaratmağı təklif edib
Almaniyalı nazir səhiyyə sahəsində NATO yaratmağı təklif edib8-06-2020, 08:47. Yazar: sevinc1 |
Almaniyanın Səhiyyə naziri Yens Şpan COVID-19 pandemiyası kimi böhranlar zamanı qarşılıqlı dəstək üçün Avropa ittifaqı yaratmağı təklif edib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Y.Şpan "Rheinische Post" qəzetinə müsahibəsi zamanı deyib. Səhiyyə naziri bildirib: "Yeni ittifaq səhiyyə sahəsində NATO-ya oxşar ittifaq ola bilər". Onun sözlərinə görə, sürətli və effektiv yardım göstərmək üçün mütəxəssislər, həkimlər tərəfindən istifadə edilə bilən və resursları səfərbər etməyə imkan verən vahid strukturlar hazırlanmalıdır. Y.Şpan qeyd edib ki, o, Avropanın xəstəliklərin qarşısının alınması və nəzarəti mərkəzinin fəaliyyətini genişləndirmək istəyir. aia.az Geri dön |