Ana Sayfa > Dünya > Senator Mitt Romni Vaşinqtonda etiraz aksiyasına qatılan ilk respublikaçı oldu

Senator Mitt Romni Vaşinqtonda etiraz aksiyasına qatılan ilk respublikaçı oldu


8-06-2020, 08:39. Yazar: sevinc1
Senator Mitt Romni Vaşinqtonda etiraz aksiyasına qatılan ilk respublikaçı oldu


Senator Mitt Romni (Yuta ştatından) ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən etiraz aksiyasında iştirak edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə M.Romni öz "Twitter" səhifəsində yazıb.

M.Romni iki şəkil paylaşaraq "Qaradərililərin həyatının önəmi var" yazıb.

"The Washington Post" qəzeti bildirir ki, senator Konqresin yuxarı palatasından nümayişlərə qatılan ilk respublikaçı olub.

Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.

aia.az
Geri dön